Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanda yürüdülən uğurlu sosial siyasət davamlı xarakter alıb

Tarix:1-02-2019, 14:33

Azərbaycanda yürüdülən uğurlu sosial siyasət davamlı xarakter alıb


Uğurlu sosial siyasətin davamlı xarakter alması üçün dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar

Vətəndaş amilinə, insan faktoruna qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son 15 ildə mühüm və ardıcıl addımlar atılmaqdadır. O da əbəs deyil ki, İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir.

Ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs Onun sosial siyasətinin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir

Misal üçün, bu illərdə gözlənilən daha proses artıq reallaşdırılıb. Bu, torpaqlarımız uğrunda canlarından keçmiş oğul və qızlarımızın ailələrinə, onlarınm vərəsələrinə göstərilən diqqət və qayğı gerçəkliyidir. Belə ki, cənab İlham Əliyevin şəhid ailələrinə birdəfəlik yardımın verilməsi məsələsində bu yardımın bütün kateqoriyalara aid edilməsi barədə verdiyi qərarı, eləcə də, şəhid ailələrinin sosial həyatlarının daha da yaxşılaşdırılması üçün 35 milyon manatın ayrılması, habelə, bu ailələrə verilən təqaüdlərin 300 manata qədər artırılması qeyd edilən fikirlərin məntiqi və bariz təsdiqidir.

Ümumiyyətlə, Prezident İlham Əliyev cənablarının, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətləri hər bir azərbaycanlıda tükənməz qürur hissləri oyatmaqdadır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Administrasiyasında şəhid ailələri ilə görüşlərindəki səmimiliyə, eyni zamanda, onların bu ailələrə xüsusi qayğı və nəvazişlə davranmalarına nəzər salarkən, əlbəttə ki, fərəhlənirik. Bu, həm də o deməkdir ki, Prezident İlham Əliyev bu fəaliyyəti ilə son 15 ildə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Qarşıya qoyulan bütün sosial-iqtisadi məqsədlərə nail olunub, bu işlər davamlı, intensiv xarakter alıb. Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək növbəti tədbirlər, nəhəng layihələr respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır.

Dövlət başçımız xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edir

Onu da qeyd etmək yerinə düşərdi ki, insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə stimul verir.

Eləcə də, iqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Məsələn, son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə göstərilən örnəkdir. Dövlət başçımız xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edir və bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlərin reallaşdırılması da buna bariz sübutdur.

Azərbaycan dövləti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir

Daha bir önəmli məqamı da xatırlatmaq yerinə düşərdi ki, hər il dövlət büdcəsinin böyük bir hissəsi məhz sosial məsələlərə yönəldilir və bu da ölkəmiz üçün tamamilə məqbuldur. Yəni bu gerçəklik bir daha sübut edir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

Son vaxtlar aparılan köklü islahatlar və reallaşdırılan zəruri işlər də nəticəyə gəlməyə zəmin yaradır ki, atılan hər bir addımın arxasında xalqın firavanlığı, rifah alının daha da yaxşılaşdırılması və s. bu kimi faktorlar dayanmaqdadır.

Lakin o da bir həqiqətdir ki, sosial siyasətin uğrlu reallaşması üçün ilk növbədə güclü iqtisadiyyata malik olmaq lazımdır. Bu baxımdan, Azərbaycanın ötən dövr ərzində - son 15 ildə böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Başqa sözlə desək, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir.

Bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir

Bu siyasət, müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.

Prezident İlham Əliyev cənablarının Dövlət proqramlarının icrası ilə bağlı keçirdiyi bütün iclaslarda bu reallığa toxunur və qarşıya yeni-yeni planları, məqsədləri qoyur. Məhz bu baxımdan, şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluq səviyyəsinin aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu uğurlu sosial siyasətin davamlı xarakter alması üçün dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini görür və bundan sonra da görəcək.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var