Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilir

Tarix:5-02-2019, 20:00

“Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilir


Bu gün “Səs” qəzetinin redaksiyasında “Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” mövuzusunda dəyirmi masa keçirilir. Tədbirdə “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və KİV nümayəndələri iştirak edir.

“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub: "Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr təkcə paytaxt gənclərini deyil, eləcə də region gənclərinin inkişafını stimullaşdırır. Region gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır.

Bir sözlə, Azərbaycan gənclərinin xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Bu uğurlar həm dövlətin apardığı siyasət, həm də Prezidentin şəxsi iradəsi nəticəsində qazanılıb. Ən əsası odur ki, gənclik bunu yüksək qiymətləndirir və biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə liderə ehtiramın və inamın əlamətidir".

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direkrtoru Mehman İsmayılov, Gənclər və idman nazirliyinin sektor müdiri Fuad Babayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədr müavini Ramin Həbibzadə, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Lalə Mehdiyeva, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov və digərləri çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər. Onlar Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən danışaraq qeyd ediblər ki, ölkəmizdə gənclərin inkişafı üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Bu gün Azərbaycan gəncləri beynəlxalq arenada ölkəmizi uğurla təmsil edilir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar.

Dəyirmi masa müzakirələrlə davam edir.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır