Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
11-02-2019, 13:11 Oxunub: 243

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək


Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsəsən Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.

Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab, foto və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi, eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin iştirakı ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların, sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

Bundan əlavə, şəxsi heyət Bakı şəhərinin Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.

Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
XƏBƏR LENTİ
Bu gün, 11:11 | Ceyranbatan bağçasında Savad təlimindən açıq məşğələ keçirildi.Bu gün, 10:37 | Əbilhəsən Dilavərliyə qızıl medal təqdim edildi (Video+Foto)Dünən, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizDünən, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniDünən, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Dünən, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarDünən, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibDünən, 10:08 | Google Docs APİ təqdim olunduDünən, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb15-02-2019, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir15-02-2019, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"15-02-2019, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"15-02-2019, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdi15-02-2019, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb15-02-2019, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"15-02-2019, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb15-02-2019, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir15-02-2019, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib15-02-2019, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib15-02-2019, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək15-02-2019, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub15-02-2019, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib