Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb

Tarix:15-02-2019, 20:40

Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 15-də Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edən Mübariz Qurbanlı Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı respublikamızdakı dinlərarası harmoniya, tolerantlıq və həmrəylik mühiti barədə danışan Komitə sədri bildirib ki, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı uğurla yerinə yetirir. Prezident İlham Əliyevin böyük tarixə malik dini məbədlərimizin bərpası, dini icmalara qayğısı sahəsində ardıcıl tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir. Vurğulanıb ki, kəskin ziddiyyətlərin tüğyan etdiyi zamanda Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyaları yayır. Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi ilə müsəlman ölkələri, o cümlədən sülhpərvər bəşəriyyət üçün yeni platforma yaradılıb. Dövlət Komitəsinin sədri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasında qardaşlıq və birlik dəyərlərinə xidmət etdiyini bildirib. O, bu istiqamətdə işlərin davam etdirildiyini, müvafiq qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasının artıq bütün dünyanın etiraf etdiyi həqiqət olduğunu vurğulayıb. Səfir İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürən Azərbaycanın bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu və müsəlman aləmində dəstəkləndiyini deyib. Həmçinin M.A.Embarş Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Mərakeşin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Eyni zamanda, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, iki ölkə arasında dini-mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyəti və gələcəkdə birgə tədbirlərin, konfransların, sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb.

Sonda qonağa Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var