Abşeron qəzetinin yeni sayı
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
14-03-2019, 18:15 Oxunub: 149

Azərbaycan Prezidentinin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü olub

Azərbaycan Prezidentinin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü olub


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub.

Xanım Ana Birçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır.

O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.

Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Ruminıyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.

Ana Birçal bildirdi ki, keçən il hökumətlərarası müştərək komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxundu.

Ana Birçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.
XƏBƏR LENTİ
Bu gün, 19:04 | Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunduBu gün, 18:11 | Xırdalan məktəbinin şagirdləri Cocuq Mərcanlıya səfər etdilərBu gün, 14:49 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlərBu gün, 14:46 | Səfir: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdiBu gün, 10:19 | “Xiaomi” yeni ucuz smartfonunu satışa çıxarırBu gün, 10:18 | “Ericsson” bir sıra ölkələrdə 5G-ni istifadəyə verəcəkBu gün, 10:17 | 64 MP və 100 MP + kameralı smartfonlar olacaqBu gün, 10:14 | Asus 2 yeni smartfon buraxdıDünən, 23:03 | Abşeronlular Novruz bayramını cəbhə bölgəsində Aprel şəhidlərinin ailələri ilə qarşıladıDünən, 18:46 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildiDünən, 14:05 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdiDünən, 13:09 | Azərbaycanda yeni yem emalı müəssisələri fəaliyyətə başlayıbDünən, 13:06 | Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, 20 Yanvar və Çernobıl hadisələri zamanı əlil olanlar avtomobillə təmin olunacaq – Prezident sərəncamıDünən, 13:03 | Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edibDünən, 11:11 | Azərbaycanlı arxeoloqlar Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblərDünən, 11:08 | NASA iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edibDünən, 09:44 | Millət vəkili: Prezident İlham Əliyevin əfv sərəncamı məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdıDünən, 09:42 | Avropa İttifaqı Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır16-03-2019, 23:09 | MƏKTƏBDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLDİ16-03-2019, 22:58 | Xırdalanın 22 saylı bağçasında Novruz şənliyi keçirilib16-03-2019, 22:53 | Məmmədli kənd 10 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR16-03-2019, 22:45 | Şəhid ailələrinə bayram sovqatı verildi