Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: Son Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını bir daha təsdiqlədi

Tarix:2-04-2019, 18:17
Baxış Sayı:504

Prezident İlham Əliyev: Son Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını bir daha təsdiqlədi


Son Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını bir daha təsdiqlədi.

Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən deyib.

İlham Əliyev bildirib ki, bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: "Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir".

Dövlətimizin başçısı vurğulayıb ki, münaqişə Ermənistan ilə Azərbaycan arasındadır: "Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi".

İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
“Yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Xırdalanda sakinləri narahat edən yol düzəldilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Mehdiabadda kanalizasiya xətti çəkilir
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
Qobu sakinləri yol və qazla bağlı Prezidentə müraciət etdilər
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
İradə Gülməmmədova hadisə yerinə getdi - aidiyyatı qurumların rəhbərləri əraziyə dəvət edildi
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeron könüllüləri AKƏM çətiri altında geniş fəaliyyət göstərib
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Hindistan koronavirusa yoluxmada Çini ötdü
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
Alimlər koronavirusu 2 saatdan az müddətə müəyyən edən test hazırlayıb
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
İlham Əliyev generalı işdən çıxardı - Sərəncam
Bütün ölkədə SMS icazə ləğv edildi
Bütün ölkədə SMS icazə ləğv edildi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Abşeronda restoran, kafe, çayxanalar da açılır
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Bu qadağalar hələ qüvvədədir - Siyahı
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.
Azərbaycanda karantin rejimi ilin sonuna kimi davam edəcək.