Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Pakistanlı nazir: Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək

Tarix:18-04-2019, 13:13

Pakistanlı nazir: Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb.

Görüşdə Azərbaycan və Pakistanın bölüşdüyü ortaq dəyərlər, təlim-təhsil, eləcə də milli irs sahəsində əməkdaşlığı, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək vurğulanıb, qarşılıqlı birgə layihələrin və səfərlərin artırılmasının önəmi qeyd edilib. Şəfqət Mahmud vaxtı ilə Azərbaycana etdiyi səfəri xatırladaraq ölkənin sürətlə irəliyə doğru addımlamasını vurğulayıb, Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın davam etdirilməsinin önəmli olduğunu bildirib.

Səfir Əli Əlizadə müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz və çətinliklərə baxmayaraq bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb. Səfir Bakı Dövlət Universitetində urdu dilinin tədrisi, universitetlərarası əlaqələr, son iki ildə “Mən Azərbaycan haqqında nə bilirəm” esse yazı müsabiqəsi çərçivəsində Pakistan gəncləri üçün təşkil olunan Azərbaycana səyahət səfərlərinin gənclərdə yaratdığı təəssüratlar, Azərbaycanda təhsil alan Pakistanlı tələbələrin sayının artması, eyni zamanda Azərbaycandan da artıq tələbələrin Pakistan Universitetlərində təhsil almaqda maraqlı olması, tələbə və mütəxəssislərin ali təhsil və təlim müəssisələrində vaxtaşırı qarşılıqlı təcrubə kurslarına cəlb olunması haqda məlumat verib və Pakistanla əlaqələrdə bu sahədə səylərin daha da artırılacağını vurğulayıb.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır