Abşeron qəzetinin yeni sayı
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
25-04-2019, 09:49 Oxunub: 219

Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb

Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

“Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd etdi. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Huawei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirdi. Azərbaycan ilə “Huawei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə “Huawei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirdi.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb
XƏBƏR LENTİ
Dünən, 15:48 | İlin əvvəlindən Abşeron rayonunda 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunubDünən, 15:41 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdiDünən, 15:10 | Abşeron rayonunda internet abunəçilərinin sayı 40 mini ötüb19-05-2019, 22:32 | Abşeronda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.19-05-2019, 21:59 | Saray qəsəbəsində iftar süfrəsi təşkil olundu17-05-2019, 17:20 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü16-05-2019, 12:49 | Qobunun Xalq Çalğı Alətləri orkestri konsert verib16-05-2019, 10:01 | AQTA Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirib15-05-2019, 16:46 | Qobuda yaşayan çoxuşaqlı Məmmədovlar ailəsinə baş çəkilib15-05-2019, 16:17 | Digah bağçasında Savad təlimi üzrə açıq məşğələ keçirildi.15-05-2019, 16:12 | Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub14-05-2019, 20:25 | Bütün fəsillər gözəldir adlı "açıq məşğələ" keçirilib13-05-2019, 20:15 | “Loqos” un Xırdalan filialı açılıb12-05-2019, 11:38 | Xırdalanın və Gürcüstanın musiqi məktəbləri birgə konsert proqramı təqdim ediblər10-05-2019, 23:03 | Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü 17 saylı bağçada da qeyd edildi10-05-2019, 20:04 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə idman yarışları keçirilib.10-05-2019, 19:35 | Abşeronda Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turniri keçirilib-FOTOLAR10-05-2019, 19:28 | Abşeronda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə bağlı tədbir keçirildi10-05-2019, 19:08 | Əlil Döyüşçüləri Futbol Federasiyasının komandalarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yarışı9-05-2019, 23:29 | Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar taekvondo üzrə rayon birinciliyi keçirilib9-05-2019, 23:14 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vurulub9-05-2019, 22:08 | Heydər Əliyevin doğum günü 1 saylı uşaq bağçasında da qeyd edilib