Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
26-04-2019, 15:59 Oxunub: 308

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub

Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.

Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun.

Prezident Vladimir PUTİN: Sağ olun. Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olundu. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildi və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Prezident Vladimir Putin bəyan etdi ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirdi. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub
XƏBƏR LENTİ
Dünən, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübDünən, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkibDünən, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıbDünən, 12:09 | Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıbDünən, 12:00 | Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib11-10-2019, 15:33 | İradə Gülməmmədova Görədil sakinlərilə görüşdü10-10-2019, 16:23 | Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib10-10-2019, 15:43 | Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır10-10-2019, 11:52 | Səyyar “ASAN xidmət” Xırdalanda10-10-2019, 11:42 | Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”10-10-2019, 11:40 | Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib10-10-2019, 10:21 | Əli Əsədov Baş Nazir kimi ilk onunla görüşdü10-10-2019, 10:17 | Noyabrda ardıcıl 3 gün iş olmayacaq10-10-2019, 10:04 | Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb10-10-2019, 09:57 | Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib10-10-2019, 09:48 | Türkiyə hərbçiləri terrorçulara məxsus 181 sığınacağı məhv edib9-10-2019, 16:03 | Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər9-10-2019, 15:52 | Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib9-10-2019, 13:36 | Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib9-10-2019, 12:55 | Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür9-10-2019, 10:13 | Polşa portalında Yanardağ haqqında məqalə yer alıb9-10-2019, 10:10 | Abşeronun bəzi yerlərində qaz olmayacaq