Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

Tarix:5-07-2019, 15:50

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

İyulun 5-də Respublika Ağsaqqallar Şurası və "Azərbaycan" qəzeti ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş "Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans təşkil edib.

Tədbiri açan Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşdı. Azərbaycan sürətlə inkişaf etdi, Sovet İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi, yüksək zirvələrə qalxdı. Heydər Əliyev Azərbaycan xalqının rifahını yaxşılaşdırdı.

Respublika Ağsaqqallar Şurasının sədri bildirib ki, Heydər Əliyev repressiya qurbanı olan insanların bəraət almasını təmin etdi, Hüseyn Cavidin nəşi Sibirdən Azərbaycana gətirildi. Heydər Əliyev sonradan Moskvadakı fəaliyyəti ilə Azərbaycanı dünyaya tanıtdı. Təəssüf ki, qısa müddətdə paxılların, xainlərin, xalqımızın düşmənlərinin qurduğu planlar nəticəsində Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı və Naxçıvana qayıtdı.

Azərbaycanın 1990-1993-cü illərdə üzləşdiyi problemlərdən, torpaqlarımızın işğalından danışan F.Heydərov deyib ki, Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Ölkəmizin üzləşdiyi ağır vəziyyətdə xalqımızın təkidli tələbi ilə Heydər Əliyevi hakimiyyətə qayıtdı. 1993-cü ilin 15 iyunun Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biridir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirdi. Bu yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir ölkədir. Azərbaycan iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında bildirib ki, Ulu Öndər öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu, Heydər Əliyev kursunu yaratdı, özünün İlham Əliyev kimi layiqli varisini yetişdirdi. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan aqrar respublika idi, neft sənayesi bərbad vəziyyətdə idi. Ümummilli Lider hakimiyyətə gələndən sonra iqtisadiyyat sürətlə inkişaf etdi, Azərbaycan sənaye aqrar ölkəsinə çevrildi.

Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan Bəxtiyar Sadıqov hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xalqımızı fəlakətdən xilas etməyin sanki Heydər Əliyevin taleyinə yazıldığını söyləyib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin sovetlər dövründə və müstəqillik illərindəki fəaliyyətindən söz açıb. Bildirilib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ölkəni parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla həyata keçirilir. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq.

Tədbir digər çıxışlarla davam edib.

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır