Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
12-09-2019, 12:26 Oxunub: 232

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı və dövlət sərhədinin etibarlı mühafizəsi üçün sərhədçilərin peşəkarlıq səviyyəsinin və fiziki hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Yevlax şəhərində yerləşən hərbi hissəsində 11 sentyabr 2019-cu il tarixdə yeni idman kompleksi istifadəyə verilib.

İdman kompleksinin açılış mərasimində iştirak edən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hərbi qulluqçular üçün zəruri xidməti və yaşayış səviyyəsinin təmin edilməsi, o cümlədən bədən tərbiyəsi və fiziki hazırlıqla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli tədbirlərin görülməsi, bu sırada “Sərhədçi” idman olimpiya mərkəzinin, həmçinin bütün sərhəd dəstələrinin və digər hərbi hissələrin nəzdində yaradılmış idman komplekslərinin fəaliyyətinə böyük önəm verilməsi xüsusi qeyd olunub.

Yeni inşa edilmiş idman kompleksində çevikliyi və dözümlüyü artırmaq üçün ən müasir avadanlıqlarla təchiz edilmiş trenajor zalı, stolüstü tenis və bilyard zalı, voleybol, basketbol və mini futbol oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş böyük idman zalı mövcuddur. İdman kompleksində həmçinin tamaşaçılar üçün tribuna, idmançılar üçün rahat geyinib-soyunma və yuyunma otaqları, kompleksin fəaliyyətini təmin etmək üçün zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar da istifadəyə verilib.

İdman kompleksinə baxış keçirildikdən sonra çevikçilər nümunəvi çıxışlarını təqdim ediblər.

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib


DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib

DSX-nın yeni idman kompleksi istifadəyə verilib
XƏBƏR LENTİ
Bu gün, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…Bu gün, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edibBu gün, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirirBu gün, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirikBu gün, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıbBu gün, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıbBu gün, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!Bu gün, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunubDünən, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurDünən, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcəkDünən, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edibDünən, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunurDünən, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildiDünən, 09:54 | Təzyiq ölçə bilən ağıllı saat - Asus VivoWatch SPDünən, 09:52 | Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı16-09-2019, 15:16 | İradə Gülməmmədova Masazır məktəbində ilk dərs günündə iştirak edib - FOTO16-09-2019, 15:15 | İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlər16-09-2019, 15:13 | Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU16-09-2019, 15:11 | Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir16-09-2019, 15:10 | Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib16-09-2019, 14:06 | İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edib16-09-2019, 11:51 | Mədə qıcqırması. SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR