Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox milli birlikdədir

Tarix:17-07-2020, 19:01

Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox milli birlikdədir

Ermənistan silahlı qüvvələrinin münaqişə ərazisi olan işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonundan kənarda, tamamilə fərqli ərazidə təxribat törətməsi və bu təxribatın cavabının qısa müddətdə müzəffər ordumuz tərəfindən verilməsi sözsüz xalqımızda bir daha ruh yüksəkliyi, ölkə rəhbəri və hərbi gücə inam yaratmışdır. Bu fikirləri Absheronxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə bildirib ki, Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində artirelliya atəşi ilə zərbə endirərək hərbiçilərimiz və mülki vətəndaşın vəfat etməsinə səbəb olan ermənilərə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə layiqli cavab verilmişdir. Qısa müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hər cəhətdən düşmən ordusundan qat-qat üstün olan canlı və texniki qüvvəsi sarsıdıcı zərbələrlə əks-tədbir görmüşdür. 12 iyul tarixindən başlayaraq davam etmiş hərbi əməliyyatlarda Ermənistan böyük itki verməsinə baxmayaraq öz xain və mənfur əməllərindən əl çəkməyərək işğal altında olan rayonlarda yerləşən mövqelərimizdə də atəşkəs rejimini pozaraq sabitliyin təmin edilməsinə əngəl törədir.

Deputat diqqətə çatdırıb ki, sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyinin yaşanması, milli ruhun yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizlər üçün böyük qürur oldu. Hal-hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bu dönəmdə, eyni zamanda ölkəmizdə də “COVID-19” virusu ilə mübarizənin aparılmasına baxmayaraq, xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bildirir. Xalqımızın küçələrdə yürüş edərək birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daima hazır olduqlarını bildirməsi ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyi kimi qiymətləndirilməlidir. Bu ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü göstərir. Cənab Prezidentin çağırışından sonra minlərlə Azərbaycan vətəndaşı yaşı və cinsindən asılı olmayaraq ordu sıralarına könüllü olaraq yazılmaq üçün müraciət etmişdir. Bu, bir daha ölkə rəhbərinə inamın, dəstəyin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını göstərir. Pis niyyətlərini daima xoşagəlməz əməlləri ilə büruzə verən mənfur düşmənin ölkə sərhədlərimizdə təxribat addımı atdığı belə bir anda ölkəmizdə milli birliyin nümayiş etdirilməsi sözsüz ki, düşmənə cəbhədən əlavə olaraq ikinci ağır zərbəni endirir.

Deputatın sözlərinə görə, bu gün ölkədə görülən xalqın birliyi prosesində həm də siyasi partiyalar da iştirak edir. Müstəqillik tarixində yaşanılan nadir hallardan biri kimi biz müxtəlif istiqamətli, görüşlü, fərqli məram və məqsədləri olan siyasi partiyaların vahid mövqedən çıxış etməyini qeyd edə bilərik. Sözügedən siyasi partiyalar vahid fikir və ideya ətrafında birlik göstərərək ölkə rəhbərinin siyasətini dəstəklədiyini və yanında olduqlarını bəyan etmişlər. Bu həmrəylik
sözün əsl mənasında siyasi mədəniyyətin təqdirəlayiq nümunəsidir. Siyasi mədəniyyət anlayışının daxilində bir məsələ də var ki, artıq siyasi partiyaların sıx birləşməsi ilə vahid bir fikir ətrafında birliyin olması nümayiş etdirilir. Bu nöqtədə isə bir qənaətə gələ bilərik, Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox milli birlikdədir.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var