“İlin bağçası” seçilən Xırdalan şəhər 23 saylı körpələr evində hərbi vətənpərvərlik mövzusunda tədbir düzənlənib. Tədbirdə ilk öncə fidanların ifadsında dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhları bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, fidanların hərbi vətənpərvərlik ruhunda tərbiyyəsi, onların dövlətə, dövlətçiliyə, müstəqilliyə bağlılığının artırılması, Azərbaycan əraziləri barəsində maarifləndirilməsi olduqca əhəmiyyətlidir və bu istiqamətində bağçada mütəmadi olaraq tədbirlər keçirilir.
Sonra uşaqlar əsgər geyimində müxtəlif səhnəciklər, kompazisiyalar nümayiş etdiriblər. 4- 5 yaş qrupunda olan balacalar mahnılar oxuyub, şeirlər söyləyiblər.
Vətənpərvərlik mövzusunda videoçarxlar nümayiş olunub.