Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəbdə Kimya, Bialogiya üzrə “Nümunəvi dərs” keçirilib. Kimya müəllimi Təranə Abdullayeva və biologiya müəllimi Səba Xanlarovanın keçdiyi dərsdə məktəbin 7, 8, 9, 10, 11-ci siniflərinin şagirdləri iştirak ediblər.
“Nümunəvi dərs” zamanı kimya- bialogiya elmi haqqında maraqlı faktlar monitorda izlənilib, şagirdlərimizin kimya- bialogiyadan biliklərini müəyyən etmək üçün viktarina keçirilib. “Donor”, “Qalay”, “ Ürək”, “Dəmir” adlı komandaların iştirak etdiyi bilik yarışında “Qalay” komandası birinci olub.
Bialogiyadan orqanların, heyvanların, meyvələrin söhbəti səhnəcikləri təqdim edilib, kimyadan “Oksigenin məhkəməsi” qurulub, elementlərlə bağlı tapmacalar söylənilib. Kimyadan vulkan reaksiyası, şamın öz-özünə alışması, əlin kəsilməsi, dəsmalın alışıb yanmaması təcrübələri aparılıb. “Qarabağ bizimdir” şüarının kimyəvi elementlərlə göstərilməsi səhnəsi alqışlarla qarşılanıb.