Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 2 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı”

Tarix:15-11-2016, 17:16

Xırdalan şəhər 2 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı”

Uşaq hüquqları aylığı elan olunması ilə əlaqədar olaraq 15.11.2016-cı il tarixdə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.Əvvəlcə qonaqlar şagirdlərin uşaq hüquqlarına həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Məktəbin akt zalında davam edən tədbirdə Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrıza Ağayev, 2 saylı məktəbin direktoru Ədalət Camalova, valdeyinlər,müəllimlər və şagirdlər iştirak ediblər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən məktəbin direktoru Ə.Camalova “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirən məktəbin direktoru Ə. Camalova fondun prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki müstəsna xidmətlərini diqqətə çatdırıb.

Məktəbin tarix müəllimi Sevinc Abdullayeva insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Şagirdlərin çıxışlarından sonra söz Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrıza Ağayeva verilib. O şagirdləri hazırladıqları kompozisiyalara görə təbrik edib, onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıb.Ş.Ağayev həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tədbirin rəsmi hissəsindən sonra uşaq hüquqlarından bəhs edən videoçarxa baxılıb, şagirdlərin hazırladıqları ədəbi-bədii hissə nümayiş olunub.

Xatırladaq ki, hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilib.

Şamo Əliyev

Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var