Dekabr ayının 27-də Xırdalan şəhər 4 saylı tam orta məktəbdə 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə Abşeron rayon Təhsil şöbəsinin əməkdaşları, KİV- nin nümayəndələri, valideyinlər, müəllim və şagird kolektivi iştirak edib. Tədbiri məktəbin direktoru Zəminə Nuriyeva təbrik nitqi açaraq, şənliyin təşkilatçılarına və iştirakçılara öz minətdarlığını bildirdi.
Z. Nuriyeva ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi olan 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb və bu barədə ətraflı məlumat verdi. Məktəbin rəhbərliyi rayon icra hakimiyyəti başçısını, təhsil şöbəsinin müdirini, tədbirdə iştirak edən qonaqları, müəllim və şagirdlıəri təbrik edərək 2017 ci ildə uğurlar arzualdı.
Daha sonra müəllim və tələbələrin təbrikləri dinlənilib. Tədbir şagirdlərin hazırladıqları rəngarəng, səhnəciklərlə vətənpərvərlik mövzusunda mahnılar, yeni ilə aid şeirlər, oyun və viktorinalar təqdim edildi. Şagirdlər küknar ağacı ətrafında dövrə vuraraq Şaxta babanı və Qar qızı səslədilər. Dovşan, Küpə girən qarı, Qırmızı papaq, Quldurlar, Fəsillər barədə nağıl səhnəcikləri nümayiş olundu. Milli geyimlərdə olan şagirdlər mahnılar oxuyaraq rəqslər etdilər.
Şagirdlər arasında söz döyüşü yarışması keçirildi. Şaxta baba qalibə hədiyyə verərək təbrik etdi.
Sonda şagirdlər müəllim və şagirdlər birgə qar topu oynadlar.