Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Tarix:18-01-2017, 16:03

Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Abşeron rayonunda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda silsilə tədbirlər keçirilir.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Abşeron rayon İcra Hakimiyyətinin və rayon Polis İdarəsinin təşkilatçılığı ilə təhsil ocaqlarında rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun orta ümumtəhsil, orta ixtisas və ali məktəblərinin pedaqoji kollektivləri və şagirdlərlə müntəzəm marifləndirici tədbirlər keçirilir.
Bu gün Masazır kənd 4 saylı tam orta məktəbinin akt zalında "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılova, Polis İdarəsinin xidmət üzrə rəis müavini Elçin Rəcəbov, rayon polis idarəsinin yetginlik yaşına çatmayanlarla iş şöbəsinin baş inspektoru Elburus Əhmədov , rayon İdman və Gənclər İdarəsinin məsul əməkdaşı Emil Quliyev, rayon polis idarəsinin cinayət axtarış çöbəsinin inspektoru Qoşqar Qələndərli, rayon İcra Hakimiyyətinin məsləhətçi psixoloqu Seymur Qasımov, rayon İcra Hakimiyyətinin Şöbə müdirinin müavini - Dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, Abşeron İnformaisya Agentliyinin rəhbəri Anar Nağıyev, polikilinkanın həkimi Ziba Nuriyeva iştirak edirdilər.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Tədbiri giriş sözü ilə məktəbin direktoru Xatirə Şabanova açaraq qonaqları, müəllim və şagirdləri salamladı. Dövlət himni səsləndi. Rayon polis idarəsinin yetginlik yaşına çatmayanlarla iş şöbəsinin baş inspektoru Elburus Əhmədov məruzə ilə çıxış etdi. E. Əhmədov bildirdi ki, narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar.
Demək olar ki, bütün narkomanlar kollektiv səkildə "iynələnirlər". Onlar birlikdə narkotik alir və bundan pul qazanırlar. Ayrı-ayrı şprislə iynələnir, lakin eyni dozadan, yaxud hamısı eyni şprislə iynələnirlər. Aydındır ki, yanındakının xəstəliyinə yoluxmamaq ehtimalı sıfırdır. Bundan əlavə əgər narkoman tiryəkdən istifadə edirsə o artıq satıcıdan hazır məhlul alır. Həmin satıcı da bu məhlulun hər bir dozasını ümumi dozadan alıcının şprisləri ilə yığır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də QIÇS xəstəliyinə. Lakin narkoman tək olduqda belə bu xəstəliklərə yoluxa bilər. Bu heroin və kokainlə əlaqədardır: satıcı malı əldə etdikdən sonra ona yuyucu toz və ya şəkər tozu əlavə edir (belə malı 2 ay istifadə edən narkoman şəkərli diabet xəstəliyinə tutulmaq ehtimalı çoxdur). Ümumiyyətlə təmiz mal olmur. Həmişə qarışıq olur. Bu da narkoman üçün qorxuludur. Əgər narkoman narkotiki bir satıcıdan alırsa və birdən digər satıcıdan bir az təmiz mal alırsa "peredozirovka" olma ehtimalı var. Bu zaman baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başhlayır. Əlbətdə bütün qabıq birdən ölmür, bu yavaş gedən prosesdir. Buna görə də bir çox narkoman yaşamaqda qalır. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji prosələri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər. Onları oldürmək heç kimin ixtiyarında deyil, özləri də bunu edə bilmirlər. Elə beləcə də illərlə ömür sürürlər.
Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. Insan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri getdikcə sönür.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Sonra rayon polis idarəsinin rəis müavini Elçin Rəcəbov çıxış edərək qeyd etdi ki, müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də bəşriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.Narkomaniya tarixən çox qədimlərə gedib çıxır. Bizim eradan əvvəl antik yunan,ərəb və roma alimlərinin əsərlərində narkotik tərkibli vasitələr haqqında məlumatlara rast gəlinir. Hələ qədim dövrlərdə Avropa və Asiya qitələrində yaşamış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarından xilas kimi başa düşülmüş,xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbdə geniş istifadə edilmişdir. Ümumilikdə götürsək, tiryəkli preparatlar orta əsrlərdə də tibb aləmində geniş yayılmış, bu bitkidən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, ağrıları azaltmaq, qorxunu götürmək, pozulan əsəb sistemini bərpa etmək üçün müalicə vaxtı istifadə olunub.
Tərkibində narkotik olan bitkilərdən müalicə üçün istifadə olunması qədim və keçmişdə olduğu kimi bu günkü günümzdə də gündəmdədir və həmçinin, insan orqanizminə,sağlamlığına,mənəviyyatına ən sağalmaz zərbələr vuran, ən pis vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik müasir dövrümüzdə olduğu kimi qədimdə də ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir.
Bu pis vərdiş barədə elm aləmində ilk dəfə XVIII əsrin əvvəllərində məlumat verilmişdir.XX əsrin sonunda isə narkomaniya bəşəriyyətin bəlasına çevrilərək çox böyük çətinliklə qarşısı alınan, xeyli miqlarda pul vəsaiti bahasına başa gələn son dərəcə pis bir amil olmaqla yanaşı, bir tərəfdən də narkobiznesmenlərin (narkobaronların) narkotiklərin qanunsuz dövriyyəsindən qazanc əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.
Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən bir prosesdir.Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır. Narkomaniyanın Azərbaycanda qarşısının alınması üçün ilk növbədə vacib olan tədbirlərdən biri, ölkədə qeyri-qanuni yolla dövriyyədə olan narkotiklərə nəzarət və narkomanların təqribi də olsa qeydiyyata alınmasıdır.
Son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq muhafizə orqanları ilə yanaşı,digər təşkilatlar da bir sıra işlər görür.Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər kefiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Amma çox təəssüf ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə gündən –günə artsa da,narkomanların sayı da bu mübarizə ilə bərabər artır.Ən pisi də budur ki, narkotik vasitə istifadəçilərinin ən çoxunu gənclər təşkil edir.Və bu da çox pis nəticədir,çünki hər bir xalqın,millətin özəyini onun gəncləri təşkil edir və xalqın inkişafında da gənclərin rolu mühüm əhəmiyyət kəsb edir.
Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına,cinayətkarlığın artmasına,cəmiyətdə ən böyük bəlalardan olan QİÇS (Qanda İmmunitet Çatışmazlığı Sindiromu) xəstəliyinə gətirib çıxarır.Narkotik vasitələr insanlarda asılılıq yaratdığı üçün narkotikin vaxtı çatıqda o mütləq qəbul edilməlidir.Narkomanın isə narkotik vasitənii almağa pulu olmadıqda o,hər cür vasitəyə,yəni,oğurluğa,adam öldürməyə və d.cinayətlərə əl ata bilər.
Narkomaniya ilə mübarizə nəinki dövlətin, həmçinin bu dövlətdə yaşayan hər bir fərdin borcudur.Çünki bu elə bir bəladır ki, hər bir fərdin özünün və yaxud da özünə yaxın olan bir insanın başına gözlənilmədən gələ bilər.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov şagirdlərə pis vərdişlərin o cümlədən narkomaniyanın törətdikləri fəsadlardan danışaraq bildirdi ki, narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil.
Ən qorxulu xəstəliklər mənbəyi - narkomaniya
Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik “Hepatit B”dir (Hepatit B qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də “HİV" və "QİÇS” xəstəliyinə.

Ədəbsizlik, alçaqlıq mənbəyi - narkomaniya
Qeyd etdiyimiz kimi, narkotiklərdən bir neçə dəfə istifadə ondan asılılığa səbəb olur. Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.
Narkotik orqanizmə düşdükdə:
• Tənəffüs azalır
• Ürəkbulanma, qaytarma baş verir
• Gözlərin bəbəkləri daralır
• Dərinin rəngi avazıyır və qaşınma olur
• Bədəndə mayenin yığılması və həzm sistemində pozğunluqlar nəticəsində qəbizlik əmələ gətirir
• Allergik reaksiyaların nəticəsində boğulma halları baş verir ki, bu da ölümlə nəticələnir
Narkomanlar üçün xarakterikdir:
• Dəyişkən əhval-ruhiyyə
• Əllərin əsməsi
• Tərləmə
• Zəiflik
• Yaddaşın pisləşməsi
• İradənin zəifliyi
• İntellektin azalması
• Nitqin pozulması
Narkomanlar bu maddələrə o qədər aludə olurlar ki, tələbatlarını bir müddət ödəyə bilmədikdə böyük problemlərlə qarşılaşırlar. Əgər bir sutkadan çox orqanizmə narkotik daxil olmursa, aşağıdakı vəziyyət nəzərə çarpır:
• Qıcolmalar
• Güclü əzələ ağrıları
• Qarında ağrılar
• Qaytarma
• Qarın işləməsi
• Əsəb gərginliyi
Beyin qabığını 7 dəqiqəyə məhv edə bilən güc – narkomaniya
Əgər narkoman narkotiki bir satıcıdan alırsa və birdən digər satıcıdan daha "təmiz mal" alırsa “daha çox doza” qəbul etdiyindən gərgin vəziyyətə düşür. Bu zaman baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başlayır. Əlbətdə, bütün qabıq birdən ölmür, bu, tədrici gedən prosesdir. Buna görə də bir çox narkoman hələ yaşamağa davam edir. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji prosesləri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər. Elə beləcə də illərlə ömür sürürlər.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Məktəbin şagirdləri narkomaniyanın törətdikləri xəstəliklər barədə həkimə suallarını verdilər. Ziba həkim sualları cavablandırdı. Şagirdlərin bu qorxunc bəşrəriyyətin bəlası olan narkomaniyanın media vasitəsi ilə mariflənməsi aparılan təbliğatda mətbuatın rolu, görülən işlər barədə suallarını A. Nağıyev cavablandırdı. Yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verldi.Gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıldı.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Qeyd olunub ki, narkomaniya ilə mübarizə həm də hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Masazır kənd 4 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

Sonra narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Narkomaniyaya yox deyirik" adlı videoçarx nümayiş olund.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır