Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Təhsil ocağında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi

Tarix:25-02-2017, 13:13

Təhsil ocağında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi

Xocalı faciəsinin 25-ci ildönümü Xırdalan şəhər 9 saylı tam orta məktəbdə anılıb.
Tədbirdən əvvəl bu təhsil ocağında təhsil alan tələbələrin soyqırımla bağlı çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Təhsil ocağında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi

Məktəbin direktoru Həcər İbrahimova tədbirdə çıxış edərək deyib ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımdır. O, bu hadisəni XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri kimi dəyərləndirib: “Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatun, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı. Bir sözlə, ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi”.
Təhsil ocağında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi

Tədbirin təşkilatçısı direktor müavini Gülnar Abbasova çıxış edərək qeyd etdi ki, mənfur düşmənin öz niyyətlərinə çata bilmədiyini deyib. Onun sözlərinə görə, bu faciə Azərbaycan xalqını sarsıtsa da, xocalılar hətta amansız soyqırım günündə də özlərini qəhrəman kimi aparıb, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməyib:
Təhsil ocağında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi

G. Abbasova vurğuladı ki, “Baxmayaraq ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq olub. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunub. Ona görə də Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daimi yadda qalmalıdır”.
1992-ci il fevralın 25-də gecə saat 22:00 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçdiyini belə xatırlayır: “Mayor Ohanyan Seyran Museqoviçin komandası 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları Xocalıda hücumda iştirak edirdi. Xalqımız dünya miqyasına sığmayan bu qanlı tarixi unutmamalıdır”.
Təhsil ocağında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi

Çıxışlardan sonra məktəbin şagirdləri hazırladıqları səhnəcikləri tədbir iştirakçılarına təqdim etdilər. Tədbiri hazırlayan Gülsəhər Tağıyeva , Pərvanə Cəbiyeva, Səlimə Hüseynova və Gülnar Abbasova iştirakı ilə şagirdlər Xocalı faciəsinin şagirlərin gözü ilə kompazisiyasını təqdim etdilər.
Tədbirin sonunda “Xocalı soyqırımını unutma” adlı sənədli film nümayiş etdirilib.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır