Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Tarix:4-04-2017, 14:42

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

2016-cı ilin tarixə qovuşmuş 2 aprel günü Azərbaycan tarixində özünə əbədi iz salıb. Həmin gündən düz bir il keçir. Cəmi 4 günlük yaşı olan bu hadisənin geniş rezonans yaratması və Ermənistanın işğalçılıq fəaliyyəti haqda bütün dünyaya səs salması onun mahiyyətinin nə qədər vacib olduğunu üzə çıxarıb. Aprel döyüşünün Azərbaycan üçün əhəmiyyəti o dərəcədə böyükdür ki, bu döyüşün dərsləri haqda bundan sonra da dəfələrlə elmi və tarixi məqalələr yazılacaq.

Aprel döyüşünün ən üstün cəhətlərindən biri də Azərbaycan xalqının döyüş əzmini daha da artırmasıdır. Həmin savaş nəticəsində 2000 hektar ərazinin düşmən caynağından xilas edilməsi və ordumuzun bir sıra strateji yüksəklikləri ələ keçirərək daha geniş ərazilərə nəzarəti təmin etməsi insanların yurd-yuva həsrətinə əvvəl-axır son qoyulacağına olan inamı daha da möhkəmlədib. Aprel döyüşləri mahiyyəti etibarı ilə Qarabağ müharibəsinin tərkib hissəsidir və Azərbaycan hərb tarixinin şanlı səfəsi kimi daim şan-şöhrətlə xatırlanacaq.


Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Bu günlərdə 2 aprel qələbənin başlanğıcının ildönümü respublikamızda qeyd olundu. Abşeron rayon İcra Hakimiyyətinin tapşırığı ilə təhsil ocaqlarında silsilə tədbirlər həyata keçirilir.

Bu gün Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi. Həmişəki kimi tədbirə yüksək ruhla hazırlaşan bağçanın kolektivi balaca fidanlar apreldə şəhid olan vətən övladlarının fotoları ilə səhnəyə çıxdılar.
Dörd günlük aprel müharibəsinə həsr edilmiş tədbirdə bağçanın foesində şəhidlərin güşəsi yaradılmışdır.

“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”
Ümummilli Lider Heydər Əliyevin kəlamlamı səsləndi. Azərbaycanın dövlət himnini uşaqlar oxudular. Sonra aprel hadisələri zamannı şəhidlik zirvəsinə ucalmış oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

2 aprel 2016 cı il tarixi qələbə haqqında videoçarx nümayiş edildi. Bağçanın tərbiyəçisi və tədbirin təşkilatçısı Sevic Süyfullayeva çıxış edərək aprel müharibəsi barədə məlumat verdi. S. Seyfullayeva qeyd etdi ki, Azərbaycan qadının hər zaman öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ən başlıca kefiyyəti ilə xalqımızın adını uca tutub. Qəhrəmanlar doğuran bu analar cəsur oğullar böyüdərək vətənə qurban dedilər. Hər ana əsgər dünyaya gətirə bilər, amma yalnız Azərbaycan qadını vətən üçün canını sipər etməyi bacaran oğullar dünyaya gətirə bilər.
Çıxışının sonunda S. Seyfullayeva vurğuladı ki, Ağlamayın şəhidlər anaları, başınızı qürurla qaldırın, öyünün çünki siz ən ali zirvədə olan şəhid anasısınız.
Biz şəhid anaları qarşısında baş əyirik deyərək çıxışını yekunlaşdırdı.


Bağçanın uşaqları bayrağlara sarılaraq üzlərində ay para rəsimləri ilə Şəhidlər barədə şerlər dedilər. Şəhidlik zirvəsinin yüksəkliyindən danışdılar. "Anamın səsi" səhnəcik nümayiş olundu. Əsgər geyimində olan balacalar Azərbaycanın üç rəngli bayrağını sıhnəyə gətirərək and içdilər.
"Çırpınırdı Qara dəniz" mahnısını uşaqlarla birgə kolektiv ifa edərək "Vətəndən pay olmayır" şüarını səsləndirdilər.
Sonra Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, 2016-cı ildəki "Aprel döyüşləri”ndə qəhrəmancasına şəhid olan, ölümündən sonra "İgidliyə görə” medalı ilə təltif edilən kəşfiyyatçı zabit Raquf Orucovun oğlu haqq dünyasındakı atasına məktubu tədbir iştirakçılarına oxundu.

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Məktubda belə yazlıb:
"Son görüş, son vida… Bu gün bir çoxları üçün əziz bayram günü ola bilər, amma bir şəhid oğlu üçün belə deyil. Ötən il bu gün mən sonuncu dəfə atamla birgə bayram keçirdim, sonuncu dəfə onun üzünü gördüm.

Bu şəkil həmin gecənin xatirəsidir. Burada hamı xoşbəxtdir. Mən həmişə atamın həsrətini çəkirdim, bizim uşaqlığımız digər uşaqlardan fərqli olub. Hamı tətildə istirahətə gedəndə biz cəbhə bölgəsinə-atamızın yanına gedirdik. Haramı düzü, Murov dağları, Ağdam…

Təki atamızı görək. Orda da onunla çox vaxt keçirə bilmirdik. Çünki onun üçün önəmli, ali borc Vətənə xidmət idi.

Atamı yola saldığım ötən ilin bu gecəsindən sonra onun səsini bir daha eşitmədim. Əvvəl telefonuna zəng gəlmədi, sonra isə özü əbədiyyən Vətən torpağına qovuşdu.

Mən Vətən torpağını da qısqandım, çünki atam o torpaqları bizdən çox sevdi. Keçənilki şənlikdən evimizdə əsər-əlamət yoxdur. Evimizdə dərin bir səssizlik var. Heç vaxt pozulmayacaq bir səssizlik, sevinc evimizdən uzaq düşüb.

Ata, sən mənə bu dünyada maddi heç bir miras qoymadın, amma bəlkə də Azərbaycanda bir çox ataların qoymadığı bir sərvət qoydun – sadəcə Raquf Orucovun oğlu olmaq səadətini. Bu qürur, bu fəxarət mənə sənin bəxş etdiyin ən dəyərli xəzinədir. Başı dik gəzirəm – çünki sənin kimi haqqı qoruyan, şərəfli,amalı uğrunda ölməyi bacaran bir polkovnikin oğluyam!

Hər bir azərbaycanlı sənin adını fəxrlə, qürurla anır. Məhz buna görə sənin ruhun qarşısında baş əyirəm, cənab komandir. Biz sənin oğlun olmaqdan qürur duyuruq ..


Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi
Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Tədbirdə çıxış edən Abşeron inforamsiaya agentliyinin rəhbəri Anar Nağıyev çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimal və cənub hissələrində böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan Ordusu öz torpaqlarını düşməndən azad etmək gücünü, potensialını, döyüş əzmini nümayiş etdirdi. Dörd günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi. 2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Lələtəpə əməliyyatını şanlı tariximiz adlandırıb: “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”. Bununla yanaşı, dövlətimizin başçısı qeyd etdi ki, “biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq”.

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Prezident Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər gördüyünü və 2004-cü ildə müvafiq proqramın qəbul edildiyini bildirib. 2007-ci ildə bu proqrama əlavələr edilib və proqramın icrası hazırda uğurla davam etdirilir. Məcburi köçkünlər üçün 95 qəsəbə, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Ümumiyyətlə, indiyə kimi 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır və qayğı göstərir. Bu, Azərbaycan dövlətinin siyasətini bariz şəkildə əks etdirir, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu göstərir. Bununla yanaşı, dövlətimizin başçısı həmin görüşdə bildirmişdi ki, aprel döyüşləri zamanı minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Bu siyasətin məntiqi davamı olaraq yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Bütün bunlar onu göstərir ki, aprel döyüşləri ilə mühüm hərbi qələbənin, Cocuq Mərcanlı kəndinin bərpası ilə böyük qayıdışın başlanğıcı qoyuldu. Dövlət başçısının düşünülmüş siyasəti və prinsipial mövqeyi onu göstərir ki, biz nəinki Cocuq Mərcanlıya, eləcə də Dağlıq Qarabağa, Xankəndiyə, Xocalıya, Şuşaya qayıdacağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini səsləndirməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll ediləcəyi ilə bağlı ümidləri daha da artırıb. Bununla yanaşı, Prezident Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin.
Bu, olmayacaq”. Rayonumuzda vətənpərvərlik ruhunda tədbirlərin silsilə şəkildə davam etməsinin vacibliyini qeyd edərək daima rayon rəhbərliyinin diqqət və qayğısında olan bu məsəllələr gündəmdədir. Qarabağ müharibəsi veteranları, şəhidlərin ailələri tez- tez yad edilir. Onlara dəstək və kömək göstərilir.

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Çıxışında bu yaxınlarda növbəti tədbirinə yığışdığımız Abşeron rayon ictimayyətinin nümayəndələri ilə birgə Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evinin rəhbərliyi və kolektivi, Qarabağ döyüşçüsü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşü, Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli İntiqam oğlu Heydərovun atası İntiqam Heydərovla, 1994 cü ildə şəhidlik zirvəsinə ucalan Dünyamalıyev Rafiq Dünyamalı oğlunun atası Dünyamal kişi, Şəhid bacısı Zülfiyə Dünyamalıyeva ilə görüşlərini xatırlatdı. Qarabağ döyüşçüsü, İgidlik ordeni, Vətən naminə, Azərbaycan bayrağı mükafatları sahibi olan Adil Kərimov və digərlərinin bağçaya dəvət olunması onlarla marifləndirici görüşlərin təşkilindən danışdı.Bundan sonra da bu bağçanın kolektivi ilə daha maraqlı lahiyələr həyata keçiriləcyini söylədi.

Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində "Vətəndən pay olmayır" adlı tədbir keçirildi

Çıxışının sonunda A. Nağıyev bu gün Lələtəpədə dalğalanan bayrağımız tezlikən Şuşada, Xankəndində, Ağdamda, Kəlbəcərdə, Laçında, Xocalıda, Xocavənddə. Cəbrayılda, Zəngəlanda dalğalanacaq. Tədbirin təşkilinə görə bağça rəhbərliyinə, kolektivə və balaca fidanlara öz təşəkkürünü bildirdi.



Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır