Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 99 yaşı tamam olur.
Abşeron rayon məktəbəqədər təhsil müəssisəslərində bayramlar günü xüsusi qeyd olunur. Xırdalan şəhər 17 saylı Uşaq bağçlarında Polis günü münasibətilə “Mənim polisim” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan polisinin yaranması, bu günü barədə geniş məlumat verilir, tədbirin əhəmiyyətindən danışılır. Balaca fidanlar polis formasında geyimlərlə səhnəyə çıxaraq, polis haqqında mahnılar, şeirlər söylədilər.
Bağçanın uşaqları Azərbaycan polisinin andını qürur və fəxirlə söylədilər. Polis işinə həsir olunmuş səhnəciklər təqdim olundu. İşıqfor adlı səhnəcik göstərildi.
Müxtəlif rəqslər ifa olundu. Balaca fidanlar onları ümumiyyətlə cəmiyyəti qoruyan polis işçilərinə qarşı öz məhəbbətlərini göstərir.
Hansı uşaqdan soruşsan deyər polis olacam. Bu məqama xüsusi diqqət yetirilməlidir. Bu gün polisə qarşı bu istək məhz bağçadan aşılanır. Müəllim və tərbiyəçilər sayəsində dövlətə, xalqa, vətənə qarşı sevgi aşılanır. Abşeron rayon bağçalarında tez- tez hərbiçilərlə, tanınmış ziyalılarla, şair, yazıçılarla, rayon ictimayyətinin nümayəndələri ilə silsilə şəkildə görüşlər təşkil olunur. Bütün mədəni, ictimayi tədbirlər həyata keçirilir.
Balaca fidan baların adından Azərbaycan polsinin ağır, məsuliyyətli, şərəfli peşı sahibblərini bu gün münasibətilə təbrik edirik, onlara uğurlar arzulayırıq.