Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
17-09-2013, 22:05 Oxunub: 1 348

Abşeron rayonunun Məmmədli kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Abşeron rayonunun Məmmədli kəndində yeni məktəb binası istifadəyə verilmişdir
“Bilik günü” münasibətilə Abşeron rayonunun Məmmədli kəndində yeni məktəb binasının açılış mərasimi keçirilmişdir.Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı Arif Alışanov, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Məmmədli kənd tam orta məktəbinin direktoru Elbəyi Abdiyev məktəbliləri, xüsusən birinci sinif şagirdlərini, onların valideynlərini, bütün pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etmişdir. O, kənddə müasir məktəb binasının tikilməsini dövlətimizin təhsilə göstərildiyi diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirmişdir.
Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən danışan rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər respublikamızın müxtəlif bölgələrində yüzlərlə məktəb binası tikilib istifadəyə verilmişdir. Onlardan biri bu gün istifadəyə verilən Məmmədli kənd tam orta məktəbinin binasıdır.
Daha sonra məktəb binasının açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və ilk zəng səslənmişdir. Təhsil ocağına baxış keçirən qonaqlara məlumat verilmişdir ki, 960 şagird yerlik yeni binada 51 sinif otağı, 2 laboratoriya və kompyuter otağı, kitabxana, idman zalı, yeməkxana vardır. Burada tədrisin yüksək səviyyədə təşkil olunmasına imkan verən hər cür şərait yaradılmışdır.
Qonaqlar məktəbdə yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.

Baş Redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Bu gün, 15:37 | Abşeronlu şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə səfərə çıxdıBu gün, 09:08 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi11-11-2019, 19:40 | 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür9-11-2019, 23:31 | Xırdalanın 3 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edilib - FOTOLAR9-11-2019, 15:29 | Xırdalan 10 saylı məktəbin Bayraq Günü fləşmobu9-11-2019, 15:20 | Ceyranbatanın 1 saylı məktəbində şagirdlər arasında breyn-rinq yarışı keçirilib - Video9-11-2019, 14:44 | 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü9-11-2019, 14:12 | İradə Gülməmmədova yarmarkada oldu, tapşırıqlar verdi - FOTOLAR8-11-2019, 16:54 | Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi - FOTOLAR7-11-2019, 16:06 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayacaq7-11-2019, 15:48 | Qaldırılan məsələlər vaxtında yerinə yetirilir7-11-2019, 15:25 | İradə Gülməmmədova Saray qəsəbəsində səyyar qəbul keçirdi - Foto6-11-2019, 16:57 | Körpə fidanlar möhtəşəm Bayraq Günü qeyd etdilər - FOTOLAR6-11-2019, 14:32 | Xırdalanın 27 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi5-11-2019, 19:52 | Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO5-11-2019, 14:27 | Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO5-11-2019, 14:08 | Radio və televiziya işçilərinin peşə bayramı qeyd edilib4-11-2019, 08:34 | Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 10:20 | Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib2-11-2019, 09:49 | Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib2-11-2019, 09:23 | Abşeronda bayraq gününə həsr edilmiş yarışlar və əyləncəli oyunlar keçirilib - VİDEO - FOTO2-11-2019, 08:56 | Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək