Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçasında dövlət müstəqilliyimizin bərpasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.
Müəllim və bağçanın fidanlarının iştirak etdikləri tədbirdə bağçanın müdirəsi Vüsalə Məşədiyeva xalqımızın XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etməsini əlamətdar tarixi hadisə olduğunu xatırladıb.
Müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan direktor ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb.
Tədbirdə bağçanın körpə fidanları vətənpərvərlik mövzularında mahnılar ifa edib, şeirlər söyləyiblər.
Dövlət müstəqilliyimizin bərpasından sonra respublikamızın sürətli inkişafından bəhs edən videoçarx nümayiş etdirilib.
Şamo Əliyev