Hökməli qəsəbəsində yerləşən 5 saylı uşaq bağçasında 9 noyabr Dövlət bayrağı günü ilə əlaqədar bayram tədbiri baş tutub. Körpə fidanların ifasında rəngarəng bayram proqramı təqdim olunub.
Bayram tədbirində çıxış edən bağçanın müdirəsi Aygün Məmmədova bildirib ki, hər il tədris planına uyğun olaraq bağçamızda müxtəlif tədbirlər keçirilir. “Bu il bayraq gününü fərqli olaraq qeyd etdik. Tədbirdə əsasən məktəbə hazırlıq yaşında olan uşaqlar Azərbaycan torpağı, bayrağı haqqında müxtəlif şeirlər söyləyib və mahnılar oxudular. A.Məmmədova həmçinin qeyd edib ki, bu cür bayramların keçirilməsi uşaqların milli ruhda böyüməsi üçün çox vacibdir.
Şamo Əliyev