Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi

Tarix:1-12-2017, 21:55

Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi

Abşeron rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Növbəti tədbir 01 dekabr 2017-ci il tarixdə Xırdalan şəhər 7 №-li tam orta məktəbin akt zalında təşkil olundu. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin və Abşeron rayon Polis İdarəsinin əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak etdilər.

Məktəbin direktoru Zenfira Orucova çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verdi.

Tədbiri Rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. Bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.

Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Elbrus Əhmədov çıxışı zamanı son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Abşeron rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyi vurğulandı.

Abşeron Rayon İcra Hakimiyətinin əməkdaşı Hafiz Mikayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün vacib işlərdən danışıdılar.

Daha sonra məktəblilərin ifasında təşkil olunmuş “ Narkomaniyaya yox deyək ” adlı bədii kompozisiya və “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olundu

Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatdı.

Şamo Əliyev

Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi
Xırdalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi

Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var