Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
2-12-2017, 21:59 Oxunub: 283

Xırdalan məktəblilərinə "Şəhadət" sənədli filmi nümayiş olunub

Xırdalan məktəblilərinə "Şəhadət" sənədli filmi nümayiş olunub

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhəri 3 saylı tam orta məktəbində “Şəhadət” sənədli filminin nümayişi olub.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, məktəbin direktoru Sevinc Məmmədəliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Məmmədəliyeva müxtəlif yollarla təbliğat aparmağa çalışan zərərli dini qrupların cəmiyyət və dövlət üçün təhlükəli olduğunu bildirib. O, şagirdlərin belə zərərli dini cərəyanların təsirinə düşməməsi üçün hər zaman ayıq-sayıq olmalarının vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.

Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar axtarıb tapmağa hər zamankından daha çox ehtiyac duyulduğunu bildirib. Bu yol isə tolerantlıqdan, birgəyaşayış və həmrəylik ideyalarının təbliğ və təşviq olunmasından keçir. “Şəhadət” sənədli filmi haqqında da ətraflı məlumat verən İ. Cəfərov filmin gənclərin vətənpərvəlik ruhda böyüməsində, yad dini-ideoloji təsirlərdən qorunmasında effektiv təsirə malik olduğunu nəzərə çatdırıb.

Sonda tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılıb.

Xırdalan məktəblilərinə "Şəhadət" sənədli filmi nümayiş olunub
Xırdalan məktəblilərinə "Şəhadət" sənədli filmi nümayiş olunub
XƏBƏR LENTİ
19:30 | Xırdalan bağçasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib 15:00 | Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi. 00:41 | Bakı Mühəndislik Universiteti yeni bir uğura imza atıb 23:38 | Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub. 23:12 | Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi 22:34 | Abşeronun məktəbəqədər təhsil müəssisələrində Heydər Əliyevin anım günü tədbirləri keçirilib. 20:35 | Abşeronda təhsil işçiləri Heydər Əliyevin anım gününü qeyd ediblər 20:00 | Heydər Əliyevin anım günü ilə əlaqədar Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib. 12:31 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib 12:17 | Mehdiabad məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar 09:40 | Xırdalan bağçasında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 00:15 | 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. 21:51 | Məleykə Abbaszadə Sumqayıtda Abşeron sakinlərini qəbul edəcək 21:39 | DTV- Aşağı Güzdək qəsəbəsində səyyar qəbul və bağça açılışı 16:43 | Abşeronda 29 saylı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO 15:28 | Abşeronda növbəti səyyar qəbul-görüş Aşağı Güzdək qəsəbəsində keçirildi 21:20 | Xırdalanda “Gənclik və Vətən” mövzusunda tədbir keçirilib 21:08 | Xırdalanda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub 20:43 | Mehdiabad qəsəbəsində valideynlərlə görüş keçirilib 19:59 | Digah bağçasının körpə fidanları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - Fotolar 19:20 | Abşeronda kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib 15:33 | Xırdalan şəhərində Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib