Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı Mühəndislik Universiteti yeni bir uğura imza atıb

Tarix:12-12-2017, 03:41

Bakı Mühəndislik Universiteti yeni bir uğura imza atıb


Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “42-ci ACM ICPC 2017-2018 NEERC” Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatında müvəffəqiyyət qazanıblar.

Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) Tbilisi şəhərində keçirilib.

Müsabiqədə Azərbaycandan 5 ali təhsil müəssisəsindən 10 komanda iştirak edib. Bakı Mühəndislik Universiteti 2, ADA Universiteti 3, Bakı Dövlət Universiteti 3, Bakı Ali Neft Məktəbi 1, Azərbaycan Universiteti 1 komanda ilə təmsil olunub. Hər komanda 3 tələbədən ibarət idi.

Proqramlaşdırma müsabiqəsinin yarımfinalında və Cənubi Qafqaz Açıq Çempionatında Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ermənistanın ali təhsil müəssisələrindən 274 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərsində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib. Komanda müsabiqəsində BMU-nun bir komandası “ACM ICPC 2017-2018” Azərbaycan Çempionu sertifikatına, “ACM ICPC 2017-2018” NEERC III dərəcəli sertifikata, Cənubi Qafqaz Açıq Çempionatının I dərəcəli diplomuna, iki komandası isə “ACM ICPC 2017-2018” NEERC fərqlənmə sertifikatına layiq görülüb.

Fərdi müsabiqədə 76 nəfər iştirak edib. Bakı Mühəndislik Universitetinin tələbələri Mahmud Allahverdiyev, Rəşad Məmmədov, Məmməd Hacılı Cənubi Qafqaz Açıq Çempionatının III dərəcəli diplomuna, Rəsul Kərimov, Asiman Ağayev, Tağı Əşrəfov Cənubi Qafqaz Açıq Çempionatının “Yüksək Nailiyyət Sertifikatı”nı qazanıblar.

Müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra informasiya texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şirkətləri tərəfindən (Google, Amazone, IBM, Microsoft, Apple, Yandex, Facebook, Linkedin və s.) iş təklifi alırlar. Müsabiqə, həmçinin dünya universitetləri arasında bir yarışdır. Universitetlərin tanınması və təhsil səviyyəsinin (Kompüter elmləri və İT ixtisasları üzrə) göstəricisidir.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsində (1/4 mərhələsi) hər ölkə daxilində müvəffəqiyyət qazanan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinal mərhələsi müxtəlif regionlarda keçirilir və hər regiondan reytinqə görə müəyyən sayda komanda finala keçir. Ümumilikdə final mərhələsində 128-135 komanda (hər universitetdən yalnız bir komanda finala vəsiqə qazana bilir) iştirak edir. Bu il Pekində keçiriləcək final mərhələsində 12 medal (4 qızıl, 4 gümüş və 4 bürünc) uğrunda mübarizə aparılacaq.

Şamo Əliyev

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var