Fevralın 9-u Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə “İnternet və sosial şəbəkələrin şagird psixologiyasına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Abşeron Rayon ümumtəhsil məktəblərinin psixoloqları və IX-XI sinif şagirdləri iştirak ediblər.
Müzakirə zamanı bildirilib ki, şagirdlər internetdə həddindən artıq vaxt keçirməməli, ondan düzgün faydalanmalı, lazımi informasiyalar əldə etmək etmək üçün istifadə etməlidirlər. Həmçinin qeyd olunub ki, onlar daha çox dərslərə zaman ayırmalı, vaxtı səmərəli keçirməyə, yaşıdları ilə ünsiyyətdə olmağa sərf etməlidirlər.