Abşeronda bağça uşaqları da yol hərəkəti qaydalarını öyrənir (VideoFoto)
Tarix:23-05-2018, 22:26
Bu gün Xırdalan şəhər 17 saylı körpələr-evi uşaq bağçasında uşaqların həm əylənməsi, həm də öyrənməsi üçün yol hərəkəti qaydalarının təbliğinə həsr edilmiş maarifləndirici məşğələ keçirilib.
Məşğələdə 20-dan çox uşaq, müəllim və valideynlər iştirak edib.
Əvvəlçə tədbir iştirakçıları bağçanın körpə fidanlarının iştirakı ilə hazırlanmış “Yol hərəkəti qaydalarını öyrənirik” adlı video rolikə baxıblar.
Məşğələni giriş sözü ilə açan bağçanın tərbiyəçi müəllimi Kifayət Babayeva bildirib ki, bu günki açıq məşğələdə məqsəd uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdır. Balacalar bu qaydaları bilməklə, həm də öz həmyaşıdlarına bu qaydaları izah edə bilərlər.
Sonra K. Babayeva tərəfindən düzənlənmiş məşğələdə bağçanın böyük qrupunun 4-5 yaşlı uşaqlar müxtəlif səhnəciklər, şeirlər, mahnılarla yol hərəkətinə aid biliklərini nümayiş etdiriblər.
Körpə fidanlar zalda yol nişanları ilə düzəldilmiş “şəhər küçələrində” qaydalara əməl etməklə maşın, velosiped sürüblər. "Açıq məşğələ"də uşaqlara yol hərəkətinə aid suallar verilib.
Bağçanın müdirəsi Könül İbrahimova bildirib ki, azyaşlı uşaqların yol hərəkəti qaydaları ilə bağlı bilikləri qısa müddətdə qavrayıb səhnəciklər göstərə bilməsi çox maraqlı və təəccüblüdür: "Biz bu "açıq məşğələ"yə qısa zaman ərzində hazırlaşdıq. Lakin gördüyünüz kimi, uşaqlar yaxşı hazırlaşıblar və həvəslə də öyrənirdilər.