Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron məktəbliləri Cümhuriyyətin 100 illiyini Fizulidə yerləşən N saylı hərbi hissədə qeyd ediblər

Tarix:29-05-2018, 21:43

Abşeron məktəbliləri Cümhuriyyətin 100 illiyini Fizulidə yerləşən N saylı hərbi hissədə qeyd ediblər

Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin təşkilatçılığı, Fizuli rayonunda yerləşən N saylı hərbi hissənin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbin birgə dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti ili həm də Azərbaycan Ordusunun 100 illik yubileyi qeyd olunub.

Fizulidə yerləşən “N” saylı hərbi hissədə təşkil olunan tədbirdə hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri, Aprel döyüşləri qaziləri, həmçinin müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Hərbi hissənin zabiti polkovnik-leytenant Seymur Habibullahov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. O, bu yubileyin soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla keçirildiyini xüsusi qeyd edib.

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Cümhuriyyətin, o cümlədən Azərbaycan Ordusunun 100 illik yubileyləri ölkəmizin hər bir guşəsində olduğu kimi Ordu sıralarında da geniş qeyd edilir.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova vurğulayıb ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması, onlarda tarixin salnaməsində iz qoyub getmiş, dövlətçilik ənənələrini formalaşdırmış Azərbaycan Xalq Cümhuriyyətinin dəyərinin çatdırılmasıdır.

Tədbirin keçirilməsindən qürur duyduqlarını bildirən Ə.Camalova çıxışında göstərilən diqqət və qayğıya görə ölkəmizin, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, şəhidlər, qazilər unudulmur və bu gün xalqımız Aprel zəfərinin təkrarlanması arzusundadır. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq.

Ə.Camalova qeyd edib ki, şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların Vətənə bağlılığının artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Bu cür layihələr Vətənə sevgi və vətənpərvər hisslərin aşılanmasında böyük rol oynayır.

Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. Cümhuriyyət qurucularının misilsiz xidmətlərini diqqətə çatdırıb. Bildirilib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olub.

Çıxışlardan sonra Xırdalan şəhər 2 nömrəli məktəblə Fizulidə yerləşən “N” saylı hərbi hissə arasında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində əməkdaşlığa dair “müqavilə” imzalanıb.

Daha sonra Xırdalan məktəbinin kollektivinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Bayram tədbirində məktəb direktoru Ədalət Camalova xidmətdə fərqlənən "N" saylı hərbi hissənin əsgərlərinə hədiyyələr, hərbi hissəyə isə 700 kitab və Cumhuriyyətin yaranmasının 100 illiyi münasibəti ilə 100 bayraq təqdim edib.

Görüşdə Xırdalan və Cocuq Mərcanlı məktəblərinin şagirdlərinin ifasında vətənə, millətə, dövlət atributlarına aid vətərnpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, milli rəqs nümünələri nümayiş olunub. Tədbirdə həmçinin “Klip” Teatırı və Füzuli Dövlət Dram Teatrı tamaşa-konsert proqramı ilə çıxış edibllər.

Sonra tədbir iştirakçıları hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Sonda Aprel döyüşlərində şəhid olanların xatirəsinə hərbi hissənin ərazisində ağac və gül kolları əkilib.

Şamo Əliyev

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır