Abşeron qəzetinin yeni sayı
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
8-06-2018, 14:34 Oxunub: 956

Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək

Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək


Abşeron rayonu, Digah qəsəbə 6 saylı uşaq bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında tədbir keçirildi.

Bağçanın həyətində düzənlənən şənlikdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov, 6 saylı uşaq bağçasının müdiri Aygün Məmmədova və bağçanın kollektivi iştirak etdilər.

Tədbiri açıq elan edən bağçanın müdiri Aygün Məmmədova qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar dilədi və bildirdi ki, 6 saylı uşaq bağçası yeni binasında 2013-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində yüzlərlə uşaq bu bağçada tərbiyə almışdır. Hazırda burada 5 qrup - böyük, orta, və 2 məktəbəqədər qrup fəaliyyət göstərir və həmin qruplarda 100 uşaq tərbiyə alır. Bu il 35 uşaq bağçadan məktəbə yola salınacaqdır.

Uşaqları təbrik edərək onlara gələcək məktəb həyatlarında uğurlar diləyən Seymur Qasımov çıxışında qeyd etdi ki, cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimiz olan uşaqları qorumaq isə hamımızın borcudur.

Daha sonra 6 saylı uşaq bağçasının balaca fidanları “Əlvida bağça, salam məktəb” adlı nağıl ilə maraqlı kompazisiyalar, rəqslər, şeirlər, fokus nümunələri nümayiş etdirdilər.

Tədbirin sonunda balaca fidanlarla xatirə şəkili cəkdirildi və tort kəsildi.

Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək
XƏBƏR LENTİ
17:06 | Abşeronun veteran cüdoçusu Avropa mükafatçısı oldu 13:34 | Barmaqları ilə tarda möcüzə yaradan Abşeronlu 11:08 | Aşağı Güzdək qəsəbəsində “Əlvida bağça, salam məktəb” tədbiri keçirildi 10:42 | Xırdalanın 26 saylı bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında tədbir keçirildi 11:11 | Abşeronda imkansız ailələrə bayram sovqatı paylanıb 21:38 | Milli Qurtuluş Günü Abşeronda möhtəşəm bayram konserti ilə yadda qalıb 17:27 | Xırdalan məktəbində məzunların “Son zəng” sevinci 16:29 | Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” 10:36 | Abşeron məktəbində M.Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 18:56 | Uşaqlar bağçaya "əlvida" dedilər 14:54 | Xırdalan məktəbində əlifba bayramı-FOTOLAR 18:30 | Mehdiabadda “Əlvida bağça, salam məktəb” adlı tədbir keçirilib 15:16 | Xırdalan şəhər 1 saylı uşaq bağcasında “Əlvida bağça, salam məktəb” tədbiri 14:34 | Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək 14:57 | Uşaqlar əyləncəli və rəngarəng məşğələlərlə gələcəyə çox ciddi hazırlanır 15:50 | Abşeronda “Tarixin izi” jurnalının təqdimatı olub-FOTOLAR 16:51 | Abşeronda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu 17:15 | 24 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir 20:37 | 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü Xırdalan bağçasında böyük təntənə ilə qeyd olundu. 17:30 | Abşeronda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu 17:18 | Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb 20:40 | Sarayda “Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirilib- Video