Novxanı 28 saylı körpələr evi-uşaq bağçasında keçirilən məşğələdə körpə fidanlara bağçanın tərbiyyəçi müəlliməsi Zeynəb Əliyeva tərəfindən “Payız fəsili” tədris edilib.
Əvvəlcə uşaqlar tərbiyəçinin “Payız fəsili” haqqında verdiyi sualları cavablandıraraq biliklərini nümayiş etdiriblər.
Sonra tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar 4 qrupa bölünüb, qrup daxilində lider seçiblər. Qruplara tapşırıqlar verilib.
Z. Əliyeva məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən istifadə etdib. Orta qrupda keşirilən açıq məşğələ zamanı yeni mövzunun öyrənilməsi üçün motivasiya qurulub, uşaqlara qrup işində düşündürücü suallar verilib. Uşaqlar məşğələ zamanı həm öyrənib, həm də əyləniblər.
Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Məşğələdən sonra onun təhlili aparılıb.
Aparılan təlim-tərbiyə işinin nəticəsində tədbirin yüksək səviyyədə hazırlandığını, bağçada bir çox istiqamətlərdə müsbət təcrübə toplandığını qeyd edən bağçanın müdirəsi Səfa İbrahimova bildirib ki, bu tədbirin ərsəyə gəlməsində tərbiyəçilərin xüsusi rolu var.