Xırdalan şəhər 22 saylı uşaq bağçasında 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirdə bağçanın müdirəsi Fəranə Məhərrəmova körpə fidanlara Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərdən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Bildirilib ki, Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunub. Həmçinin ölkədə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.
Bağçanın balaca sakinləri müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Absheronxeber.az tədbirdən qısa videonu təqdim edir: