Absheron Media
Haqqımızda Bizimlə əlaqə

AMEA prezidenti Kiyevdə səfərdədir

Tarix:6-12-2018, 20:08

AMEA prezidenti Kiyevdə səfərdədir


AMEA-nın prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Kiyevə səfər edib. Məqsəd Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının və bu qurumun rəhbəri, AMEA-nın fəxri üzvü, akademik Boris Patonun 100 illik yubileyləri ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.

Təntənəli yubiley tədbirindən öncə akademik Akif Əlizadə Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Azərbaycanın Ukraynadakı səfirliyinin binasında keçirilən görüş tələbələrin problemlərini və təkliflərini dinləmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi daşıyıb.

AMEA rəhbəri tələbələrə təhsil aldıqları sahə üzrə yüksəkixtisaslı kadr, müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməyi arzulayıb, onlara Ukraynanın aparıcı elm və təhsil qurumlarının təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi ilə bağlı tövsiyələr verib.

Ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev isə çıxışında azərbaycanlı tələbələri daha aktiv olmağa çağırıb. O, səfirliyin gənclərin kreativ layihələrini dəyərləndirməyə hazır olduğunu bildirib.Müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digərləri iştirak ediblər. Alimlər elmin inkişafı ilə bağlı həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunmasının, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsinin, qabaqcıl texnologiyaların tətbiqinin, elmlərarası əlaqələrin daha da inkişafının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar.

Daha sonra tələbələr müxtəlif təkliflərlə çıxış ediblər.

AMEA nümayəndə heyətinin üzvləri, həmçinin UMEA-nın baş elmi katibin birinci müavini, müxbir üzv Vladimir Emelyanovla və tanınmış geoloq-alim, Ukraynanın Əməkdar elm və texnologiya üzrə xadimi, Beynəlxalq Avrasiya Elmlər Akademiyasının həqiqi üzvü Yevgeniy Şnyukovla görüşüblər.

Görüşlərdə müvafiq elm sahələrində birgə tədqiqatların həyata keçirilməsi və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

AMEA prezidenti Kiyevdə səfərdədir

AMEA prezidenti Kiyevdə səfərdədir

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var