Xırdalan şəhər 3 saylı uşaq bağçasında "Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirilib.
Bayram şənliyində balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər. Tədbirdə həmçinin uşaqların iştirakı ilə hazırlanmış xarici rəqslər nümayiş etdirilib. "Anam mehribanım Azərbaycanım”, "Biz məktəbə hazırıq” və s. kimi mahnıların ifası tədbiri daha da maraqlı edib.
Uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edən Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. İcra rəsmisi ölkə rəhbərliyi tərəfindən respublikamızda məktəbəqədər təhsil sahəsində aparılan işlər və Abşeron rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb
Məktəbəhazırlıq qrupunun uşaqlarını, onların valideynlərini və tərbiyəçilərini məzun günü münasibətilə təbrik edən bağçanın müdirəsi Gülnarə Paşayeva, bağçada uşaqlar üçün yaradılan şəraitə görə rayon rəhbəri İradə Gülməmmədovaya minnətdarlığını ifadə edib.G.Paşayeva qürur hissi ilə bağçanın qazandığı uğurlardan da danışıb.Bağçanın fəaliyyətində müəllim kollektivinin əməyinin xüsusi olduğunu vurğulayıb.
Çıxışlardan sonra uşaqlar müəllimlərinə hazırladıqları şeir parçalarını ifa ediblər.
Sonda balaca fidanlara fotolarından ibarət albom və hədiyyələr təqdim edilib