Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
18-12-2019, 16:10 Oxunub: 360

Abşeronda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Abşeronda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib

Abşeronun təhsil müəssisələrində polis əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə rayonun Mehdiabad qəsəbə 5 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” adı altında keçirilib.

Əvvəlcə “narkomaniya abşeronlu məktəblilərin gözü ilə” adlı rəsm sərgisi ilə tanışlıq olub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olunub.

Tədbiri Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Abşeron rayon komissiyasının sədri Fuad Cəbrayılov açıq elan edərək rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi polis polkovniki Adıgözəl Adıgözəlov tədbirin keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açıb. Natiq əsas məqsədin gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən bəhs edib.

Daha sonra, A.Adıgözəlov tədbir iştirakçılarına narkomaniyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniya problemlərinin dünya səviyyəsində aradan qaldırılması yolları, narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan metodlar və bu xəstəliyin cəmiyyətdə yaratdığı əks təsirləri haqqında məlumat verib.

Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışıb. Bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib. N.Məmmədova son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.

Sonda iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Ən maraqlı sual verən şagirdlərdən bir neçəsinə hədiyyə təqdim olunub.

XƏBƏR LENTİ
Dünən, 16:45 | İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdüDünən, 16:34 | Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib20-01-2020, 12:59 | Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb19-01-2020, 23:02 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib19-01-2020, 14:35 | Körpə fidanlar şəhidləri yad etdilər18-01-2020, 12:24 | Abşeronda 20 Yanvar hadisələrində şəhid olan insanların ailələri və əlilləri ilə görüş keçirildi18-01-2020, 09:55 | Lənkəran musiqi məktəbi Xırdalanda konsert proqramı ilə çıxış edib17-01-2020, 16:53 | İradə Gülməmmədova Qobu qəsəbəsində növbəti qəbul keçirdi17-01-2020, 16:35 | Abşeronda 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsinə 147 ağac əkildi – FOTO16-01-2020, 19:39 | 20 Yanvar faciəsinin ildönümü Xırdalan şəhərində də silsilə tədbirlərlə qeyd olunur16-01-2020, 19:03 | Nazilə Məmmədova 55 illik yubileyi münasibəti ilə təltif olundu16-01-2020, 18:59 | Qobuda “Şəhidlik-əbədilik zirvəsidir” adlı tədbir keçirilib15-01-2020, 19:05 | Abşeronda “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı sərgi nümayiş olundu15-01-2020, 18:17 | Mehdiabadlı məktəblilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar15-01-2020, 17:48 | Xırdalan məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib13-01-2020, 11:57 | Qəbula gələnlər Prezidentə təşəkkür etdi – ABŞERONDA11-01-2020, 12:17 | İradə Gülməmmədova Mehdiabad qəsəbəsinin təmir olunacaq küçələrinə baxış keçirdi11-01-2020, 09:46 | Abşeron ağsaqqalları Prezidentə müraciət etdi10-01-2020, 14:59 | İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü9-01-2020, 16:56 | Prezident Abşeronun 4 qəsəbəsinin yolu üçün pul ayırdı - SƏRƏNCAM8-01-2020, 19:00 | İradə Gülməmmədova yolların təmir və bərpa işləri ilə tanış olub8-01-2020, 14:46 | Masazır qəsəbəsində təbii qaz təchizatı bərpa olunub YENİLƏNİB