Azərbaycanın coğrafi mövqeyi onu Asiya ilə Avropa arasında iri logistik mərkəzə çevirə bilər.Bu barədə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet jurnalistlərə müsahibəsində bildirib.
A.Llobet vurğulayıb ki, Azərbaycan tarixən Böyük İpək Yolu üzərində mühüm bir məntəqə olub. Buradan Böyük İpək Yolunun bir neçə istiqaməti keçib. Hazırda da Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərbə yükdaşımalarda mühüm rol oynayır. Nəqliyyat dəhlizlərinin bugünkü inkişafı və Azərbaycanın yerləşdiyi mövqe onu iri logistik mərkəzə çevirəcək.