Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Multikulturalizm ili"ndə Abşerondan başlanan araşdırma Azərbaycanda yaşayan xalqlar barədə kitabın nəşrinə səbəb oldu

Tarix:29-10-2019, 15:18

"Multikulturalizm ili"ndə Abşerondan başlanan araşdırma Azərbaycanda yaşayan xalqlar barədə kitabın nəşrinə səbəb oldu


“Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin rəhbəri və bu çərçivədə hazırlanan eyni adlı kitabçanın ideya müəllifi – Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğlunun müsahibəsi

- “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin ideyası hardan qaynaqlandı.

- Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) üzvləri sakini olduğum Abşeron rayonunda yaşayan müxtəlif milli azlıqlar arasında şifahi sorğular keçirmişdilər. Onların təmsil etdikləri toplum haqqında az və dağınıq məlumata malik olduqları aşkara çıxmışdı. Növbəti sorğularımızı həmin xalqların sıx yaşadığı rayonlarda da apardıq. Məlum oldu ki, rayonların bu kateqoriyaya aid olan sakinlərinin də statistik xarakterli dəqiq tarixi bilgilərə ehtiyacları var. Müqayisəli təhlildən belə nəticə çıxdı ki, yüzillərdir Azərbaycan ərazilərində kompakt yaşayan xalqların nümayəndələri ilə ölkənin kənar toponimlərində məskunlşan eyni xalqların təmsilçiləri kifayət qədər və doğru hesab olunan informasiya bazasına malik deyillər.

- Bu qənaət layhənin hazırlanmasına kifayət etdi?

- Əlbəttə yox. Xüsusən Abşerondan başladığımız araşdırmanı internet resursları, kitabxanalar vasitəsilə genişləndirdik. Öyəndik ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində kifayət qədər yazılıb, onların mədəni irsinin təbliğatı, təşviqatı müxtəlif mənbələrdə əksini tapıb. Kitabxanalarda və internet resurslarının axtarış səhifələrində çox sayda belə materialları tapmaq mümkündür. Sadəcə həmin mənbələrdə qeyd olunanlar sistemli xarakter daşımır. Əlbəttə, multikulturalizmə həsr olunan kitablar var. Lakin həmin nəşrlər ümumi xarakter daşıması ilə diqqət çəkir. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsində konkret, lakonik və eyni zamanda geniş məzmunlu - həmin xalqın bütöv obrazını yarada biləcək yazı axtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan problemin həlli təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar. Jurnalist hər hansı milli azlığın təmsilçisi sayılan xalqın bütün məziyyətlərinin təsvirindən ibarət yazı hazırlayarkən həmin kitabçadan yararlana bilər. Əks təqdirdə yazılarda bəsitlik ön plana çıxar ki, bu da oxucuda ölkə ərazisində yaşayan xalqlarla bağlı natamam informasiyaların formalaşmasına səbəb olur.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı il "Multikulturalizm ili" elan olundu. Bu ildən toplanılmasına başlanan materialların kitab halında çapı hansı səbəbdən 2019-ci ildə baş tutdu?

- Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2016-cı ilin "Multikulturalizm ili" elan olunması barədə 11 yanvar 2016-cı il tarixli Sərəncamının işığında həmin il və sonrakı dövrlərdə xalqımızın tolerant dəyərlərə, multikultural həyat tərzinə malik olduğu həm ölkəmizdə, həm də xaricdə geniş şəkildə təbliğ və təşviq olundu. Həmin ərəfədə kifayət qədər ədəbiyyatlar yazıldı, tədbirlər keçirildi. Ölkəmizdə ənənəvi olaraq, Prezident tərəfindən elan olunan illər çərçivəsində həyata keçirilən tədbirlər nəinki həmin ilboyu, növbəti dövrlərdə də davamlı xarakter daşıyır. 2019-cu il olmasına, "Multikulturalizm ili"nin rəsmi olaraq bitməsinə baxmayaraq, tolerant dəyərlərə sevgi, hörmət xalqın mahiyyətində əksini tapdığı üçün bu istqamətdə layihələrin icrası davamlı xarakter daşıyır. Digər tərəfdən, milli azlıqlara bir daha bəyan olar ki, onlara göstərilən diqqət, qayğı davamlıdır, bir il çərçivəsinə sığışdırılmayıb, dövlətimiz Azərbaycan ərazisində yaşayan bütün xalqların mədəni irsinin təbliğində, təşviqində daim maraqlıdır. Həm jurnalist, həm də QHT sədri kimi "Multikulturalizm ili"nə töhfə verməyə çalşdıq, bu çərçivədə müxtəlif fəaliyyətlərimiz oldu. “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” ideyası da həmin dövrdə yarandı. Sadəcə ideyanın layihəyə çevrilməsi ciddi araşdırmalar tələb edirdi. Azərbaycanda yaşayan xalqlarla bağlı araşdırmalar apararkən etibarlı tarixi mənbələrdən yararlanmaq, sorğular keçirmək, nəticələri təsnifatlandırmaq, hər xalq barədə yazı hazırlamaq, yazılara mütəxəssis rəyləri almaq, layihəni indiki Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinə təqdim etmək, müsabiqədə qalib gələndən sonra öncə o yazıları mətbu orqanda nəşr etdirmək, sonra kitabça halına salmaq, həmin kitabçaları hədəf qruplarına paylamaq böyük vaxt tələb edirdi.

- Kitabda Azərbaycanda yaşayan hansı xalqlar barədə məqalələr əks olundu və nəşrdəki yazıların tarixi cəhətdən dəqiqliyini necə təmin etdiniz?

- Layihə QHT Agentliyinin 2019-cu ildə elan etdiyi 4-cü qrant müsabiqəsinin “Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqaməti üzrə qalib olub. İyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunan layihənin ilk mərhələsində ləzgi, udi, saxur, avar, şahdağ xalqları, yəhudi, ingiloy, kürd, tat, talış xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftənin şənbə günü “525-ci qəzet”də dərc olundu. Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb, məqalələrdəki faktlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mütəxəssisləri ilə razılşadırılıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitab nəşr edildi. Kitaba AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin rəhbəri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli rəy verib. Layihənin yekunu olaraq “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” adlı məlumat kitabçası müxtəlif media orqanlarına paylanıldı. Kitabçada əksini tapan yazılarda konkretlik, lakoniklik və gərəkli faktlara istinad jurnalistlərin işini asanlaşdırmağa xidmət edir. Hər hansı jurnalist ölkədə yaşayan xalqlar haqqında yazı hazırlayarkən bu kitabçadan yararlanmaqla yazısının daha dolğun, obyektiv və maraqlı alınmasına nail ola biləcək.

"Multikulturalizm ili"ndə Abşerondan başlanan araşdırma Azərbaycanda yaşayan xalqlar barədə kitabın nəşrinə səbəb oldu
"Multikulturalizm ili"ndə Abşerondan başlanan araşdırma Azərbaycanda yaşayan xalqlar barədə kitabın nəşrinə səbəb oldu
"Multikulturalizm ili"ndə Abşerondan başlanan araşdırma Azərbaycanda yaşayan xalqlar barədə kitabın nəşrinə səbəb oldu
"Multikulturalizm ili"ndə Abşerondan başlanan araşdırma Azərbaycanda yaşayan xalqlar barədə kitabın nəşrinə səbəb oldu

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir