Müsəlman dünyasının ən nüfuzlu 500 xadiminin siyahısı açıqlanıb. Bu siyahı hər il ekspertlər arasında qlobal səviyyədə aparılan sorğu əsasında İordaniya Kral Strateji Araşdırmalar İnstitutu tərəfindən tərtib olunur.
Siyahıya Əl-Əzhar Universitetinin şeyxi Məhəmməd ət-Tayib başçılıq edir. O, bu siyahıda Səudiyyə Ərəbistanı Kralı Abdullanı geridə qoyub. Üçüncü yerdə İranın dini lideri Ayətulla Xamenei, daha sonra İordaniya Kralı II Abdulla və Mərakeş Kralı VI Məhəmməd gəlirlər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu il 6-cı, İndoneziya Prezidenti Susilo Bambanq Yodxonono 7-ci yerdə qərarlaşıblar. İraq şiələrinin başçısı Ayətulla Sistani 8-ci, Oman Sultanı Kabus 9-cu yerləri bölüşürlər. İlk onluğu Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ ordusunun Baş Komandanı Məhəmməd bin Zayed Əl-Nahyan tamamlayır.
2013-cü ilin siyahısında yeni adlar yer almışdır: pakistanlı məktəbli Malala Yusefzai, İran Prezidenti Həsən Ruhani, Pakistanın Baş naziri Nəvaz Şərif, İndoneziyada tanınmış vaiz Həbib Lütfü Yəhya və başqaları.
Elməddin Əmirov