Azərbaycanla sıx münasibətləri olan Moldova ombudsmanı Aureliya Qriqoriu yaxın günlərdə yenidən ölkəmizə səfər edəcək.
xəbər verir ki, xanım Qriqoriu Publika.az-a açıqlmasında bildirib ki, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Azərbaycan Ombudsman Aparatının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə ekspert kimi iştirak edəcək. Sözügedən beynəlxalq tədbir BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə bağlı olacaq.