Tokio, 2 mart.
Yaponiyanın cənub-qərbində yerləşən Okinava prefekturası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
NHK telekanalına istinadla xəbər verir ki, yeraltı təkanlar martın 2-nə keçən gecə yerli vaxtla saat 22:40-da qeydə alınıb. Zəlzələnin episentrinin İriomote adası
yaxınlığında, ocağının isə 15 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.