Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Rusiyalı turistlərin Azərbaycana marağı artır

Tarix:14-03-2018, 13:10

Rusiyalı turistlərin Azərbaycana marağı artır


Rusiya paytaxtında Moskva Beynəlxalq Səyahət və Turizm sərgisinin (MİTT) açılışı olub. "Ekspotsentr" Mərkəzi
Sərgi Kompleksində keçirilən sərgidə Azərbaycan ayrıca stendlə təmsil olunur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizi 30-dan çox şirkət təmsil edir. Bunlar arasında ölkəmizin turizm agentlikləri,
beş ulduzlu otelləri və sağlamlıq mərkəzləri yer alıb.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin və sərgidə təmsil olunan şirkətlərin və qurumların nümayəndələri
iştirak ediblər.

Budəfəki sərgi Azərbaycanı təmsil edən stendlərə böyük marağın olması ilə yadda qalıb. Belə ki, bu ilki sərgidə Naftalanın sağlamlıq-müalicə turizmi imkanlarını
nümayiş olunduğu stend yaradılıb. Naftalandan gələn həkimlər sərgi iştirakçılarının suallarını cavablandırıblar.

Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da nümayiş olunub. Bundan başqa sərgidə İçəri şəhər dövlət tarix və memarlıq qoruğu öz
suvenir məmulatlarını nümayiş etdirib.

Sərgi çərçivəsində turizm sahəsi üzrə dünyanın bir sıra nüfuzlu ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi
açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar. Ekspertlərin sözlərinə görə, son illər Azərbaycan region ölkələri
arasında ən çox turist cəlb edən ölkə olub. Azərbaycanda gələn turistlərin sayı 60 faiz artıb. Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan
Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yerdə isə Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, Moskva Beynəlxalq Səyahət və Turizm sərgisi martın 15-dək davam edəcək.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident