Bu gün Türkmənistanda parlament seçkilərinə start verilib.
125 deputat mandatı uğrunda 284 namizəd mübarizə aparır. Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 19:00-da başa çatacaq.
Seçkilər birmandatlı dairələr üzrə keçirilir. Deputatlar beş il müddətinə seçilir. Səsvermədə iştirak edən seçicilərin yarısından çoxunun səsini toplamış namizəd seçilmiş hesab edilir.