Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Tbilisidəki Heydər Əliyev parkında Novruz bayramı qeyd olunub.

Tarix:25-03-2018, 23:48

Tbilisidəki Heydər Əliyev parkında Novruz bayramı qeyd olunub.


Gürcüstan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə martın 25-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Tədbir iştirakçıları, eləcə də parka toplaşan qonaqlar bayram konsertinə tamaşa edib, müxtəlif bayram sovqatlarının, şəkərbura və paxlavanın dadına baxıblar.

Şuranın sədri İsaq Novruzov tədbiri açaraq şəhər sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın bolluq, ruzi-bərəkət, həmrəylik bayramı olduğunu diqqətə çatdırıb.

Sonra Gürcüstan parlamentinin deputatı Beka Odişariya, Krtsanisi rayon administrasiyasının rəhbəri Levan Caparidze və digərləri çıxış edərək azərbaycanlıları və bütün şəhər əhalisini təbrik ediblər. Bildirilib ki, Azərbaycan və gürcü xalqları arasındakı dostluq, qardaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına xidmət edir.

Sonra aşıqlar, pəhləvanlar, mədəniyyət kollektivləri, eləcə də Tbilisidə səfərdə olan Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.

Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov müsahibəsində deyib: “Novruz bayramını Gürcüstanın paytaxtı Tbilisidə qeyd etməkdə məqsədimiz xalqımızın adət-ənənələrini nümayiş etdirməklə yanaşı, şəhər ictimaiyyətini və qonaqları Novruzun mahiyyəti barədə məlumatlandırmaqdır. Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, Novruz bayramının əsl mahiyyəti barədə hamının xəbərdar olması çox vacibdir”.

Bayram şənliyində uşaqlara və qonaqlara Novruz hədiyyələri təqdim olunub.

Tbilisidəki Heydər Əliyev parkında Novruz bayramı qeyd olunub.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident