Türkiyənın Qızılay Cəmiyyəti Suriyanın terrorçulardan azad olunan Afrin bölgəsinə humanitar yardımı davam etdirir.
Sonuncu yardım karvanı Afrin şəhərinin yaxınlığındakı Miski Tahtani kəndinə çatıb. Burada 2 min nəfər üçün uzun müddət yetərli olacaq quru ərzaq paketləri paylanılıb.
Bundan başqa, kənddə azyaşlı uşağı olan ailələrə də körpələr üçün zəruri əşyalar verilib.