Kanada XİN-in müvafiq siyahısında adları olan 4 rusiyalı diplomat yaxın 10 gün ərzində ölkəni tərk etməlidir.Bu barədə Kanadanın nəqliyyat naziri Mark Qarno bildirib.
Nazir deyib ki, həmin şəxslər müəyyən müddət nəzarətdə olublar.
Qeyd edək ki, daha öncə Kanadanın XİN rəhbəri Xristiya Friland 4 diplomatın ölkədən çıxarılacağı barədə bildirmişdi. Nazir həmin şəxslərin Rusiya kəşfiyyat xidməti əməkdaşları olmalarını qeyd etmişdi.
Diplomatların ikisi Ottava, ikisi isə Monrealda Rusiya diplomatik korpusunda çalışırlar.