Xəbər lentİ

ABŞ-dakı neft quyularının sayı artıb.

18:11, 14.04.18
Oxunub: 1 015
DÜNYA
ABŞ-dakı neft quyularının sayı artıb.


ABŞ-dakı neft quyularının sayı artıb.

“Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 5 ədəd artaraq 1008 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 161 ədəd çoxalıb.

Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 7 ədəd artaraq 815 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı son 12 həftənin 10-da artım göstərib.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 2 ədəd azalaraq 192 ədəd olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Fikirlər

 Oxşar xəbərlər: