“Ötən axşam mükəmməl əməliyyat reallaşdırıldı və missiyamız başa çatdı".
Bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. O, bildirib ki, bundan yaxşı nəticə əldə etmək mümkün deyildi.
Tramp, həmçinin Fransa, Böyük Britaniyaya rəhbərliyinə və onların silahlı qüvvələrinə təşəkkür edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib.