Türkiyənin Adıyaman əyalətinin Samsat rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Əhməd Demircan deyib. Onun sözlərinə görə, zəlzələ nəticəsində yaralanan şəxslərin 35-i xəstəxanalarda müalicə alır. Nazir insan tələfatının olmadığını bildirib.
Qeyd edək ki, Türkiyənin Adıyaman şəhərində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 9,17 km dərinlikdə qeydə alınıb.