“Aprelin 25-də İrəvandakı qələbəmizin simvolu olan Respublika meydanında mitinq keçirəcəyik. Mitinqi axşam saat 19:00-a planlayırıq”.
Bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyan deyib. Fraksiya rəhbəri bildirib ki, hakimiyyətlə danışıqların ikinci mərhələsi üçün mitinqlərin davam etdirilməsi mütləqdir:
“Bu danışıqlar hakimiyyət idarə üsulunun yenidən əvvəlki formasına qaytarılmasına hesablanıb. Yalnız belə olan təqdirdə xalq inqilabı tamamlanmış hesab oluna bilər. Bu şüurlu, eyni zamanda hiddətlənmiş erməni xalqının inqilabıdır. Xalq nə üçün ayağa qalxdığını yaxşı bilir. Siyasi səhnəni aydın şəkildə müəyyənləşdirməliyik. Bunun üçün hazırkı hakimiyyətlə müzakirələr aparılacaq. Bir sözlə, xalqın qələbəsi üçün konkret addımlar atılmalıdır”.