Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Pandan şəhərindən 56 kilometr şimal-qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində həyatını itirənlər, xəsarət alanlar və sunami təhlükəsi barədə hələlik məlumat verilmir.